Vladimir Zelenski İstanbulda Rusiya nümayəndə heyəti ilə əlaqə saxlamaq niyyətində deyil və mayın 15-də keçiriləcək münaqişənin həlli üzrə danışıqlarda iştirak etməyəcək.
Bu barədə AFP yüksək vəzifəli ukraynalı mənbəyə istinadən xəbər verir.
Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinskinin dediyi kimi, danışıqlar aparan tərəflər işgüzar münasibət saxlayırlar.
Onun sözlərinə görə, Rusiya tərəfi İstanbulda danışıqlar prosesini və mümkün kompromisləri bərpa etməyə hazırdır.
DOĞRU.AZ