Vladimir Zelenski Telegram-da “1000 nəfər üçün 1000” formatında hərbi əsirlərin mübadiləsinə dair razılaşmanı Rusiya nümayəndələri ilə Türkiyədəki danışıqların əsas nəticəsi adlandırıb.
“Bizim komandamız hazırda mübadilənin təfərrüatlarını işləyir”, – Kiyev rejiminin rəhbəri əlavə edib.
Moskva və Kiyev nümayəndələri arasında İstanbulda aparılan danışıqlarda əsirlərin genişmiqyaslı mübadiləsinə dair razılıq əldə olunub. Rusiya prezidentinin müşaviri Vladimir Medinski bildirib ki, o , “1000 nəfərə 1000” formatında keçiriləcək . Əvvəllər, aprelin ortalarında və mayın əvvəllərində mübadilələr “246-ya 246” və “205-ə 205” düsturlarına əsasən aparılırdı.
DOĞRU.AZ