image-n1karobka_ads
image-123
image-6823549fae5ac921545ca160backend

Zelenski mayın 15-də Ərdoğanla görüşünün olduğunu təsdiqləyib

Vladimir Zelenski mayın 15-də Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşünün planlaşdırıldığını təsdiqləyib.

“Mənim Ərdoğanla mayın 15-də Ankarada görüşüm olacaq”, – TASS onun sözlərindən sitat gətirir.

Daha əvvəl Zelenski bəyan etmişdi ki, Rusiya ilə danışıqları qadağan edən fərman ona şamil edilmir.

Mayın 12-də Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefonda Ukraynada nizamlanma məsələsini ətraflı müzakirə etdiyini bildirib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki