Vladimir Zelenski Rusiya prezidenti Vladimir Putinlə Ukrayna böhranının həlli üzrə danışıqlardan yayına bilməyəcək.
Doğru.az xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyet” qəzeti yazır.
İndi sülh istəyən Tramp və Putin var. Vladimir Zelenski danışıqlar masasından qaça bilməyəcək.
Nəşr vurğulayır ki, hazırda yol xəritəsi hazırlanır, bu xəritədə atəşkəsin elan edilməsi və Rusiyaya qarşı sanksiyaların yenidən nəzərdən keçirilməsi daxildir.
Eyni zamanda, bu gün xüsusi hərbi əməliyyat başlandıqdan sonra Rusiyanın tərkibinə daxil olan ərazilərlə bağlı qərar yoxdur.
Daha əvvəl Helsinki Universitetinin professoru Tuomas Malinen ABŞ-ın Ukraynaya yardımını dayandırdıqdan sonra yalnız danışıqların qaldığı qənaətində olduğunu bildirib.
DOĞRU.AZ