image-n1karobka_ads
image-123
image-energia-hoy-volodimir-zelenski-870x600backend

Zelenski Trampın prezidentliyini sülh şansı adlandırıb

image-ad_qayo_720x110px

Vladimir Zelenski bildirib ki, Donald Trampın ABŞ prezidentliyinə qayıdışı sülh üçün fürsətdir və bundan istifadə etmək lazımdır. Bu barədə o, Telegram kanalında yazıb.

Zelenski Trampı güclü insan adlandırıb. O, Ağ Evin yeni rəhbərinə və bütün ABŞ-a uğurlar arzulayıb.

“Ukraynalılar sülhə nail olmaq üçün amerikalılarla birgə işləməyə hazırdırlar. Bu, istifadə edilməli bir şansdır”, – deyə Zelenski vurğulayıb.

Bundan əvvəl media onu Trampın andiçmə mərasiminə dəvət etmək üçün “Zelenskidən üç xahiş” haqqında yazmışdı. O, bu tədbirdə iştirak etmək istədiyini bildirib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu mərasimə heç vaxt dəvət olunmadığını xatırladıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki