Hər zaman gördüyü işlərlə diqqət mərkəzində olan “FS Film Company” şirkətinin drektoru və kinorejissor Faiq Nağıyev, baş tutan möhtəşəm kastinqlə bağlı ilk dəfə Doğru.az saytına danışıb.
“Kanal S-də yayımlanan layihə ilə bağlıdır kastinqimiz. “FS FİLM COMPANY və CL Media Qroup”un birgə layihəsidir.Həftədə bir dəfə efirdə olacaq. Burada uşaqların səhnə danışığı, zövqlü geyimləri önəmlidir.Yarışmanın qalibini möhtəşəm hədiyyə gözləyir. Bütün uşaqlara uğurlar arzu edirəm.” – Faiq Nağıyev bildirib.
Layihə rəhbəri “Canana Legend kastinq”də seçilən uşaqlara xüsusi təlimlər veriləcəyini bildirib.
Bu layihədə seçilən uşaqların yeni filmdə rol alacağını da deyən layihə rəhbəri növbəti yeniliklərini də ilk dəfə Doğru.az saytı ilə bölüşüb.
Yeni layihəsində özünə güvənlərin zövqlərini nümayiş etdirəcəyini bildirən Faiq Nağıyev “Canana Legend” layihənin qalibini avtomobil hədiyyəsi gözlədiyini bildirb. O, bu layihənin münsiflərini sirr kimi saxlayıb
Layihənin münsiflərindən olan Miss və mister Azərbaycan milli gözəllik müsabiqəsinin kordinatoru Kamal Müşfiq bu sahədə olan peşəkarlarla yanaşı qeyri-peşəlarlardan da danışıb. O, modellərə keçirilən dərslərdən də bəhs edib. Kamal Müşfiq layihə çərçivəsində iştirakçılara düzgün peşəkar xareoqrafiya ilə yanaşı səhnə mədəniyyətinin öyrədilməsinə köməklik göstərəcəyini bildirib.
DOĞRU.AZ