Yoga, qədim Hindistan mənşəli bir fiziki, zehni və mənəvi təcrübədir. Bu praktikada müxtəlif duruşlar, nəfəs texnikaları, meditasiya və rahatlama üsulları istifadə olunur. Yoga, sağlamlıq və rifahı artırmaq, stresi azaltmaq və zehni aydınlığı artırmaq üçün geniş yayılmış bir praktikadır. Bu məqsədlə Bakıda Yoqa festivalı keçirilib.
Yoga müəllimi İlhamə Şirinova festivalın məqsədini Doğru.az saytına açıqlayıb.
“Festivalın məqsədi insanları yoqa ilə tanış etmək, ona görə ki, bu festivallarda müəyyən məktəblərin müəllimləri iştirak edir,dərslər verirlər. Qonaqlarımızın elə imkanı yaranır ki, özlərinə uyğun müəllim seçsinlər,hər hansı yoqa məktəbninin təmsilçiləri ilə tanış ola bilsinlər və yoqa həyatımızda lazımi yer alsın.” – deyə İlhamə Şirinova bildirib
O, yoga nədir? Sualımızı cavablandırıb.
“Yoqa beyin rahatlığı. Bugünkü gün bizə ən çox lazım olan bir şeydir. Ona görə ki,insanların həyatında stress çoxluq təşkil edir. Biz müəllimlər məqsəd tutub gəlmişik ki, insanları yoqa ilə tanış edən zaman biz onlara göstərək ki,anti-stress proqramlar var.Həkimə getmədən,yerini dəyişmədən hər hansı nəfəs texnikası ilə stressdən qurtulmaq mövcuddur.”- Şirinova qeyd edib
Ölkəmizdə yoqa festivalına qatılan Dimitri Lapşenov öz təəssüratlarını Doğru.az saytı ilə- bölüşüb
“Bu festival gözəl və heyran edicidir.Çoxlu insanlarla yoqa ilə məşğul olduq.İnsanların enerjisi möhtəşəmdir. İnsanlar səmimidir.Mən Bakını xoşlayıram. Buranın yeməkləri gözəl və hər zaman yenidir”. -deyə Dimitri Lapşenov bildirib.
Yoqa müəlliməsi Nuray Hüseynova da festivalla bağlı fikirlərini Doğru.az saytı ilə bölüşüb
“Belə festivalların keçirilməsi olduqca vacibdir.Yoqa bir bütündür.Hərənin bir yoqası var.Tanımadığın qəlbi xoşbəxt etmək belə bir yoqadır. Mən 8-9 ildir ki,yoqa ilə məşğulam. Ölkəmə yeni gəlmişəm. Türkiyədə yaşayırdım.Yoqa ilə yanaşı aktriaslıq fəaliyyətim də mövcuddur.Hazırda vətənimdə yoqa ilə bağlı təlimlər vermək niyyətindəyəm.”-deyə Nuray Hüseynova bildirib.
Onu da qeyd edək ki,yoqa festivalı zamanı “Ümid Yeri “uşaq sığınacağının təşkil etdiyi sərgi fəaliyyət göstrəridi. Bu sərgidə uşaqların əl işləri nümayiş olunurdu.Yoqa festivalı öz fərqliliyi ilə uzun müddət yaddaşlardan silinməyəcək!
DOĞRU.AZ “Zeynəb ABBASOVA”