image-n1karobka_ads
image-123
image-img-20250412-wa0035backend

“Autizm: Erkən Müdaxilə və Psixoloji Dəstəyin Gücü” mövzusunda I Praktiki Konfrans uğurla keçirildi – FOTO

image-ad_qayo_720x110px

Bakı Gənclər Mərkəzinin rəsmi tərəfdaşlığı, “Orces Ortez və Protez Mərkəzi”nin baş sponsorluğu və təşkilatçılığı, “Psixo Klinik və Oyun Məktəbi”nin təsisçi direktoru, klinik psixoloq Anara Quliyevanın autizm sahəsində apardığı 3 illik elmi-tədqiqatın təqdimatı məqsədilə “Autizm: Erkən Müdaxilə və Psixoloji Dəstəyin Gücü” adlı I Praktiki Konfrans baş tutdu. Tədbir çərçivəsində fiziki məhdudiyyətli uşaqların əl işlərindən ibarət xüsusi sərgi də nümayiş olundu.

Beynəlxalq Autizm Maarifləndirmə Ayı çərçivəsində təşkil olunan bu tədbirin əsas məqsədi autizm spektr pozuntusu olan uşaqların cəmiyyətə inteqrasiyası üçün erkən diaqnostika və psixoloji dəstəyin vacibliyini önə çəkmək idi.

Konfransda dövlət qurumlarının nümayəndələri, millət vəkilləri, tanınmış psixoloqlar, tibb mütəxəssisləri və QHT rəhbərləri iştirak etdilər. Millət vəkilləri Ceyhun Məmmədov və Vüqar İskəndərov, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin müşaviri Fuad Məmmədov, Azərbaycan Sahibkarlıq, Özəl Elm və Yüngül Sənaye İşçiləri Həmkarlar İttifaqının Xankəndi-Xocalı birləşmiş komitəsinin sədri İlqar Abbasov, Azərbaycan Kiber Təhlükəsizliyinin nümayəndəsi, Nizami rayonu bələdiyyəsinin sədr müavini və digər rəsmi şəxslər çıxış etdilər.

Tədbirin ən təsirli anlarından biri autizmli gənc Ayxanın aparıcılıq edərək tədbiri Safura Rəhimova ilə birgə idarə etməsi oldu. Bu simvolik jestin verdiyi güclü mesaj belə idi: “Fərqlilikləri sevgi ilə qarşılamaq, güclü bir cəmiyyətin təməlidir.”

Konfrans Azərbaycan Dövlət Himni ilə başlayıb. Himni koxlear implantlı uşaqların ifasında səslənməsi iştirakçılar tərəfindən duyğusal təəssüratla qarşılanıb.

Konfransı açıq elan edən tibbi marketoloq Zülfiyyə Əliyeva konfransın və sərginin təşkilində məqsədin autizmli fərdlərin cəmiyyətə inteqrasiyasına töhfə vermək və klinik psixoloq Anara Quliyevanın uzunmüddətli araşdırmalarının nəticələrini mütəxəssislərlə paylaşmaq olduğunu qeyd edib.

“Autizmdə uşaqlarla işləyərkən oyunun sehrinə inanın. Sevgi və doğru yanaşma ilə nəticə daha tez əldə olunur.”- Psixoloq Anara Quliyeva çıxışı zamanı vurğulayıb.

Konfrans çərçivəsində təşkil olunan sərgidə fiziki məhdudiyyətli uşaqların əl işləri və rəsm əsərləri nümayiş olunub. Sərgi cəmiyyətə bu uşaqların daxili gücünü və yaradıcılıq potensialını göstərməklə yanaşı, böyük maraq və rəğbət qazandı. Gün ərzində sərgini 400-dən çox insan ziyarət etdi.

Tədbirin təşkilatçısı və baş sponsoru olan Orces Ortez və Protez Mərkəzinin istehsalat bölməsinin rəhbəri Zülfiyyə Əliyeva bu kimi sosial məsuliyyət layihələrinin davamlı olacağını və xüsusi qayğıya ehtiyacı olan fərdlərin cəmiyyətə qazandırılması üçün daim dəstək verməyə hazır olduqlarını vurğulayıb.

Konfransın ərsəyə gəlməsində dəstək göstərən “Smart Elektroniks” rəhbərliyinə, “Sirab” və “Rəmzioğlu Paxlava” kollektivinə, eyni zamanda media dəstəyinə görə Azərbaycan İncəsənəti Məktəbi, Alioglu Media və çəkiliş komandası rəhbəri Amil bəyə təşəkkür edilob.

Tədbir autizmli gənc Zülfüqar Zülfüqarlının canlı musiqi ifası ilə davam edib. Konfransın ikinci hissəsi autizm rəngi olan göy rəngli 200-dən çox şarın uşaqlarla birlikdə havaya buraxılması ilə başlayıb və “Kəlağayı” rəqs qrupunun çıxışı ilə davam edib.

Tədbirin sonunda 50-yə yaxın könüllü təşəbbüskar fəal iştirak edərək dəstək göstərib. Konfrans iştirakçılar üçün yeni əməkdaşlıqların təməlini qoydu və gələcəkdə bu istiqamətdə daha genişmiqyaslı layihələrin keçiriləcəyinə işarə etdi. Bütün iştirakçılara sertifikatlar təqdim olunub və xatirə fotoları çəkilib.

“ORCES” Ortez və Protez Mərkəzi”nin İstehsalat bölüm rəhbəri Zülfiyyə Əliyeva öz təəssüratlarını Doğru.az saytına bildirib.

“Bu konfrans vasitəsilə bir daha əmin olduq ki, fərqli inkişaf göstərən uşaqlara dəstək vermək təkcə bir peşə deyil, həm də bir vicdan borcudur. Autizmin erkən dövrdə aşkarlanması və düzgün psixoloji yanaşma ilə bu uşaqların həyatında əsl dönüş yaratmaq mümkündür. Biz bu tədbirlə yalnız məlumat vermədik, həm də sevgi dolu bir mesaj ötürdük: heç bir uşaq cəmiyyətin kənarında qalmamalıdır. Bu yolda çalışan hər kəsə təşəkkür edirəm. Klinik psixoloq Anara Quliyevanın 3 illik araşdırması nəticəsində hazırlanan metodik yanaşmalardan hər bir mütəxəssis yararlanaraq autizmli uşaqların cəmiyyətə daha tez inteqrasiyasına töhfə verə bilər.” deyə Zülfiyyə Əliyeva bildirib.

Tədbirin təşkilatçılarından Kənan Həyatov öz fikirlərini Doğru.az saytı ilə bölüşüb.

“2APREL Beynəlxalq Autizm Maarifləndirmə Ayı çərçivəsində təşkil olunan Tədbirimiz uğurlu keçdiyini düşünürəm . Bu tədbirin əsas məqsədi autizm spektr pozuntusu olan uşaqların cəmiyyətə inteqrasiyası üçün erkən diaqnostika və psixoloji dəstəyin vacibliyini önə çəkmək idi.Burada bizimlə olan və bu kimi sosial tədbirlərə töhvəsini verən hər kəsə təşəkkur edirik.

Bundan sonra daha yaxşısıni etmək üçün səy göstərəcəyik. Ən əsasi belə tədbirdə AUTİZMLİ və fiziki məhdudiyyətli insanlarla birlikdə olmaq onların üzünü az da olsa güldürə bilmək çox gözəl hissdir. “-deyə Kənan Həyatov bildirib.

Kənan Heybətov onu da qeyd edib ki, belə bir missiyanın parçası olmaq, təşkilatçısı olmaq qürur vericidir. Bu ilk deyil, axırıncı da olmayacaq.

DOĞRU.AZ   “Zeynəb ABBASOVA”

image-img-20250412-wa0038image-img-20250412-wa0031 image-img-20250412-wa0037image-img-20250412-wa0042 image-img-20250412-wa0033 image-img-20250412-wa0040

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki