image-n1karobka_ads
image-123
image-15725174284598030715_1200x630backend

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq etdi

image-ad_qayo_720x110px

Həftəsonu paytaxt və bölgələr arasında vətəndaşların səfərlərinin artması avtomobil yollarında nəqliyyat axınının intensivliyini yüksəldib.

Doğru.az xəbər verir ki, bu səbəbdən Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) tərəfindən respublika ərazisində təhlükəsizliyin təmin olunması məqsədilə nəzarət-profilaktik tədbirlər gücləndirilib, patrul xidmətinin fəaliyyəti intensivləşdirilib.

Müşahidələr göstərir ki, bəzi sürücülərin qaydalara əməl etməməsi, tələskənlik, diqqətsizlik və məsuliyyətsiz davranışlar ağır yol-nəqliyyat hadisələrinə səbəb olur.

BDYPİ sürücülərə müraciət edərək səfər öncəsi nəqliyyat vasitələrinin texniki sazlığını yoxlamağı, nasaz avtomobillərlə yola çıxmamağı, sürət həddinə və təhlükəsizlik qaydalarına əməl etməyi, həmçinin yol və hava şəraitini nəzərə almağı tövsiyə edir.

Qurum eyni zamanda uzun məsafələrdə fasilə ilə hərəkət etməyi, yorğun və ya yuxusuz halda sükan arxasına əyləşməməyi, diqqəti yayındıran hərəkətlərdən uzaq durmağı vacib sayır.

Yol polisi bir daha xatırladır: “Yol hərəkətində intizam və məsuliyyət – təhlükəsizliyin əsas təminatıdır.”

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki