Birləşmiş Ştatlar Çinlə qeyri-bərabər ticarət mühitində fəaliyyətini davam etdirə bilməz.
Doğru.az xəbər verir ki, bunu ABŞ-ın Ticarət Nümayəndəsi Ceymison Qrir bəyan edib.
“Son 20 ildə Çin Amerika bazarına geniş çıxış əldə edib, lakin ABŞ şirkətləri Çində ciddi məhdudiyyətlərlə üzləşib. Bu vəziyyət Pekin üçün əlverişli olsa da, biz artıq bu şərtlərlə yaşaya bilmərik. Yeni yanaşmaya ehtiyac var”, – deyə o bildirib.
Qrir həmçinin qeyd edib ki, ABŞ hər zaman Çinlə əməkdaşlığa açıq olub, lakin Pekin Amerika şirkətlərinə qarşı məhdudiyyətləri aradan qaldırmayıb.
Xatırladaq ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp Çin mallarına tətbiq edilən rüsumların azaldılması üçün müəyyən şərtləri açıqlamışdı.
DOĞRU.AZ