image-n1karobka_ads
image-123
image-c082af8c5ba3d590f34b3536eecf8c8ebackend

“Nərimanov” metrosunda sərnişin vəfat edib

image-ad_qayo_720x110px

Bu gün saat 18:30 radələrində “Bakı Metropoliteni” QSC-nin “Nərimanov” stansiyasında 60-65 yaşlarında kişi sərnişin dünyasını dəyişib.

Doğru.az xəbər verir ki, hadisə barədə məlumatı “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti yayıb. Bildirilib ki, sərnişin özünü pis hiss etdikdən sonra stansiya əməkdaşları dərhal təcili tibbi yardım çağırıblar. İlkin tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumatda qeyd olunur ki, baş vermiş hadisə ilə əlaqədar aidiyyəti üzrə araşdırma aparılır.

“Bakı Metropoliteni” QSC mərhumun ailəsinə dərin hüznlə başsağlığı verib.
Allah rəhmət eləsin.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki