image-n1karobka_ads
image-123
image-17611267773203161001_1200x630backend

Bakıda “Cəbhədən fotolarla: Çanaqqala döyüşləri” adlı sərgi keçirilib – FOTO

image-ad_qayo_720x110px

Oktyabrın 22-də Bakı Yunus Əmrə İnstitutu və İstiqlal Muzeyinin birgə təşkilatçılığı ilə, Azərbaycan Mədəniyyət Nazirliyi, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, Türkiyənin Azərbaycandakı səfirliyi və Çanaqqala Döyüşləri Gelibolu Tarixi Ərazi İdarəsinin dəstəyi ilə Çanaqqala döyüşlərinin 110-cu ildönümünə həsr olunmuş “Cəbhədən fotolarla: Çanaqqala döyüşləri” adlı sərgi və panel proqramı keçirilib.

Doğru.az xəbər verir ki, tədbir Azərbaycan və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra qonaqlar “Cəbhədən fotolarla: Çanaqqala döyüşləri” sərgisinə baxıblar. Sərgidə döyüşlərin gedişatını və əsgərlərin qəhrəmanlığını əks etdirən arxiv fotoşəkillər nümayiş olunub.

Azərbaycan İstiqlal Muzeyində keçirilən tədbir iki qardaş ölkənin ortaq tarixi yaddaşını, qəhrəmanlıq ənənələrini və milli mübarizə ruhunu yaşatmaq məqsədi daşıyır.

Tədbirdə Azərbaycan mədəniyyət nazirinin müavini Murad Hüseynov, Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün, Bakı Yunus Əmrə İnstitutunun müdiri Gökhan Seyhan, Çanaqqala Müharibələri Gelibolu Tarixi Ərazi İdarəsinin sədri İsmayıl Kaşdemir və Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, Çanaqqala zəfəri təkcə Türkiyə xalqının deyil, bütün Türk dünyasının qürur mənbəyidir. Bu döyüşlər həm qardaşlığın, həm də birliyin sarsılmaz təcəssümüdür.

Tədbir panel proqramı ilə davam edib. Paneldə Türkiyədən Yusuf Kartal və Azərbaycandan dosent Firdovsiyyə Əhmədova Çanaqqala döyüşlərinin tarixi, strateji əhəmiyyəti və Türk dünyasının birliyindəki rolu barədə çıxış ediblər.

Proqram çərçivəsində iştirakçılar Çanaqqala Döyüşləri Mobil Muzeyini də ziyarət ediblər. Mobil muzeydə döyüşlərə dair orijinal fotoşəkillər, sənədlər və eksponatlar nümayiş olunur.

2020-ci ildən fəaliyyət göstərən bu layihə döyüş ruhunu və o dövrün ab-havasını gerçəyə mümkün qədər yaxın şəkildə canlandıraraq, Çanaqqala qəhrəmanlığını Türkiyənin və dünyanın müxtəlif bölgələrinə çatdırmağı hədəfləyir.

Sərgi və Mobil Muzey oktyabrın 25-dək Azərbaycan İstiqlal Muzeyində ziyarətçilər üçün açıq olacaq.

DOĞRU.AZ

image-17611267901244119238_1200x630 image-17611267903476514811_1200x630 image-17611267774995522535_1200x630 image-17611267904370510650_1200x630 image-1761126777914941235_1200x630 image-17611268155468519553_1200x630 image-17611267905986636382_1200x630 image-17611268152696644552_1200x630 image-1761126815748033594_1200x630 image-17611268152963046736_1200x630 image-17611268273461627236_1200x630 image-17611268271861119363_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki