image-n1karobka_ads
image-123
image-17594249204930426922_1200x630backend

Süni intellekt fotoqrafiyanın gələcəyini dəyişir – Orxan Aslanov

image-ad_qayo_720x110px

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən “Davamlı gələcək: Planet üçün incəsənət və innovasiyalar” sərgisində çıxış edən fotoqraf və influenser Orxan Aslanov süni intellektin fotoqrafiyaya təsirlərindən danışıb.

Doğru.az xəbər verir ki, Orxan Aslanov AZƏRTAC-a müsahibəsində süni intellektin yeni imkanlar açmaqla yanaşı, ənənəvi fotoqrafiya sənəti üçün müəyyən risklər də yaratdığını bildirib:

“Süni intellekt vasitəsilə görüntüləri daha sürətli və rahat yaratmaq mümkündür. Lakin bu zaman fotoqraf və model arasında canlı ünsiyyət, göz təması və insanın özünəməxsus bədii baxışı itir. Buna baxmayaraq, əminəm ki, sənədli, janr və portret fotoqrafiyası öz əhəmiyyətini qoruyub saxlayacaq”.

O, tədbirlə bağlı təəssüratlarını bölüşərək sərgini “rəssamlıq və texnologiyaların sintezi” kimi qiymətləndirib və gənclərin innovativ layihələrinin gələcəkdə dünyanı dəyişə biləcək ideyalar təqdim etdiyini vurğulayıb.

Fotoqraf həmçinin əlavə edib ki, süni intellekt fotoqrafiyanı qaçılmaz şəkildə dəyişəcək: “İnsanlar rahatlıq və zamanı yüksək qiymətləndirirlər. Bu gün süni intellektlə portret yaratmaq fotoqrafa getməkdən daha asandır. Amma biz canlı ünsiyyəti, fotoqraf və model arasında göz təmasını itiririk. Biznes baxımından bu, sərfəli ola bilər, amma insanlıq baxımından yox”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki