“Mən Amerika marışını oxumuş sənətçiyəm”
Bu sözləri Doğru.az saytına açıqlamasında Azərbaycan Respublikasının Xalq artisiti Tünzalə Ağayeva deyib. Sənətçi söhbəti zamanı mədəniyyət, gündəm, son zamanlar məşhur olan trend mövzulardan bəhs edib.
“Azərbaycanlı müğənni olaraq iddalıyam. Mən Amerika marışını oxumuş sənətçiyəm. Mən müğənnini canlı səhnə ilə ölçürəm. Mənə trend vacib deyil” deyə Tünzalə Ağayeva bildirib.
Xalq artist Türkiyədə sənətçilər üçün keçirilən “sayğı konsertləri”ndən də bəhs edib.
“Mən çox istərdim ki, mənim üçün də Türkiyədə olduğu kimi “sayğı konsertləri” keçirilsin. Mənim ikonam Üzeyir bəy Hacıbəyovdur”-deyən Xalq artist milli musiqimizə verdiyi dəyərdən bəhs edib.
Həmçinin sənətçi hər zaman yeni ifaçılara dəstək olacağını da bildirib.
DOĞRU.AZ