Xalq artisti Röya Ayxan səhnə fəaliyyətinin 25 illiyinə həsr olunmuş yeni və fərqli fotosessiyasını təqdim edib.
Doğru.az xəbər verir ki, pop musiqisinin kraliçası bu dəfə qısa və tünd saç obrazında kamera qarşısına keçib. Yeni fotosessiya sənətçinin illərin təcrübəsini və özünəməxsus üslubunu əks etdirən vizual təqdimatla müşayiət olunub.
Şəkillərin müəllifi tanınmış fotoqraf Həsən Əliyevdir. Röya fotoları “Günahkar kimdir?” qeydi ilə sosial şəbəkədə paylaşıb — bu, həm də onun təqdim edəcəyi yeni mahnısının adıdır.
Xalq artistinin saç və makiyajı üzərində stilist Elnur Həsənov çalışıb.
DOĞRU.AZ