image-n1karobka_ads
image-123
image-68fb04cf02e8bd2eab2405dcbackend

Trampın sanksiyaları ABŞ-a zərbə vura bilər

image-ad_qayo_720x110px

Tramp administrasiyasının Rusiya neft şirkətlərinə qarşı tətbiq etdiyi sanksiyalar Vaşinqtonun özünə əks nəticə verə bilər.

Doğru.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri məlumat yayıb.

Nəşr TWG Global investisiya şirkətinin idarəedici tərəfdaşı Amos Hochstein-in sözlərini sitat gətirir:

> “Əgər neftin qiyməti əhəmiyyətli dərəcədə artarsa, Rusiyanın sanksiyalardan çəkdiyi hər hansı itki qiymət artımı ilə kompensasiya ediləcək. Lakin qiymət çox artarsa, ruslar qazanacaq, amerikalı istehlakçılar və müttəfiqlərimiz isə itirəcək”.

 

Doğru.az-ın məlumatına görə, bundan əvvəl həm Donald Tramp, həm də ABŞ-ın keçmiş prezidenti Co Bayden enerji daşıyıcılarının qiymətlərinin yüksəlməsindən ehtiyat edərək Rusiya neft şirkətlərinə qarşı birbaşa sanksiyalar tətbiq etməkdən çəkiniblər.

Neft sənayesi üzrə ekspert Skott Şeffild isə bildirib:

> “Trampın seçimi var idi: Ukraynaya ‘Tomaqavks’ vermək və ya Rusiyaya əlavə sanksiyalar tətbiq etmək. O, sanksiyaları seçdi, çünki bu, daha az riskli variant idi”.

 

Oktyabrın 23-nə keçən gecə ABŞ Xəzinədarlığı Rusiya neft şirkətlərinə qarşı sanksiyaların tətbiq edildiyini açıqlayıb. Prezident Donald Tramp yeni sanksiyaların tətbiqini “onların vaxtının yetişməsi” ilə əsaslandırıb.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə vurğulayıb ki, Moskva Vaşinqtonun Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək qərarını əks-məhsuldar hesab edir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki