İndoneziyanın Flores adası sahillərində 5,9 bal gücündə zəlzələ qeydə alınıb.
Doğru.az xəbər verir ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumatına görə, zəlzələnin episentri təxminən 70 min nəfər əhalisi olan Ende şəhərindən 46 kilometr şimal-qərbdə yerləşib.
Yeraltı təkanların ocağı 35 kilometr dərinlikdə olub. İlkin məlumatlara görə, zəlzələ nəticəsində ölən və yaralananlar barədə məlumat yoxdur.
Qeyd edək ki, Flores adasında avqustun 15-də baş verən 7,7 bal gücündə güclü zəlzələ nəticəsində ölənlərin sayı 50-ni keçib. Hadisədən sonra bölgədə çoxsaylı afterşoklar qeydə alınıb.
DOĞRU.AZ

























