image-bi9klyix65exsqmthuilwgyiacerbvepa9w5yyvy_1786947991backend

Tanınmış aktrisa VƏFAT ETDİ

Amerikalı aktrisa Hayden Panettiere 36 yaşında vəfat edib.

Ajans.az xəbər verir ki, ABC News bu barədə aktrisanın nümayəndəsinə istinadən məlumat yayıb.

“Sevimli Haydenimizin vəfatını böyük kədərlə bildiririk. O, inanılmaz bir işıq və güc idi. Onu tanıyan hər kəsə və ekranda izləyən milyonlarla insana ölçüyəgəlməz sevgi və sevinc bəxş etdi”, – deyə nümayəndəsi bildirib.

Panettiere karyerası ərzində çoxsaylı film və televiziya layihələrində rol alıb, həmçinin cizgi filmləri və video oyunları üçün səs verib. Aktrisa daha çox “Scream 4” və “Scream 6” qorxu filmlərindəki rolları ilə tanınıb. Onun son işlərindən biri 2026-cı ildə ekranlara çıxan “It: Nightmare” trilleri olub.

Panettiere “Heroes” və “Nashville” seriallarındakı rolları ilə də geniş populyarlıq qazanıb. “Nashville” serialındakı roluna görə iki dəfə “Qızıl Qlobus” mükafatına namizəd göstərilib.

Aktrisa uzun müddət ukraynalı boksçu Vladimir Kliçko ilə münasibətdə olub. Cütlüyün 2014-cü ildə bir qızı dünyaya gəlib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki