Çeçenistan rəhbərinin köməkçisi və respublikanın gənclərlə iş üzrə nazirinin birinci müavini Əmir Suqaipov bölgədəki qadınlara başlarını örtməyi tövsiyə edib.
Doğru.az xəbər verir ki, bu barədə “Chechnya Today” nəşri məlumat yayıb.
Suqaipov bildirib ki, mədəni və təvazökar geyinən, başı örtülü qadın görmək çox xoşdur:
“Etiraf etməlisən, mədəni, təvazökar geyinmiş, başı örtülü bir qız görmək çox xoşdur”.
Doğru.az-ın məlumatına görə, rəsminin sözlərinə əsasən, bu tövsiyələrə məhəl qoymayanlarla, o cümlədən onların valideynləri ilə izahat xarakterli söhbətlər aparılacaq.
Əmir Suqaipov əlavə edib ki, məqsəd gənc qızlara bu mövqeyi mehriban şəkildə çatdırmaqdır:
“Bütün bunlar sırf onların xeyrinə başlanıb”.
Qeyd edək ki, bundan əvvəl Çeçenistan rəhbəri Ramzan Kadırov böyük qızı Aişatın siyasətdən getməsi qərarını dəstəklədiyini açıqlamışdı.
DOĞRU.AZ




























