image-n1karobka_ads
image-123
image-1745424611374backend

Nəzərbəy Hacıağayev: “Cənab Prezident İlham Əliyevin Çinə səfəri ölkəmizin çoxvektorlu xarici siyasətinin uğurlu nümunəsidir”

Azərbaycan Republikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikasına səfər edib. Səfərlə bağlı Doğru.az saytı Strateji.az saytının Baş redaktoru Nəzərbəy Hacıağayevin mövqeyini öyrənib. Nəzərbəy Hacıağayevin Doğru.az saytına müsahibəsini sizlərə təqdim edirik:

Cənab İlham Əliyevin bu gün Çinə səfərinin əhəmiyyətini necə dəyərləndirirsiniz?

-Cənab Prezident İlham Əliyevin Çinə səfəri ölkəmizin çoxvektorlu xarici siyasətinin uğurlu nümunəsidir. Bu səfər, Azərbaycan ilə Çin arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Çinin “Bir kəmər, bir yol” təşəbbüsündə Azərbaycanın mühüm tranzit və enerji ölkəsi kimi rolu getdikcə artır. Bu səfər, həm iqtisadi-ticari münasibətlərin genişlənməsinə, həm də siyasi dialoqun intensivləşməsinə ciddi təkan verəcək. Eyni zamanda, bu səfər Azərbaycanın Şərqə – xüsusilə Asiyanın yüksələn güclərinə – verdiyi strateji önəmin göstəricisidir.

-Prezident İlham Əliyevin xarici siyasətini necə xarakterizə edərdiniz?

Prezident İlham Əliyevin xarici siyasəti balanslı, praqmatik və milli maraqlara əsaslanan siyasətdir. Azərbaycanın həm Qərblə, həm də Şərqlə uğurlu əlaqələr qurması məhz bu balanslı yanaşmanın nəticəsidir. Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş, təşəbbüskar ölkə kimi tanınır. Bu siyasət nəticəsində ölkəmiz BMT, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı kimi nüfuzlu platformalarda söz sahibi olub. Ən önəmlisi, Azərbaycan öz suverenliyini və milli maraqlarını qorumagla yanaşı, regional və qlobal proseslərdə aktiv rol oynayır.

-Çin və Azərbaycan münasibətlərini necə qiymətləndirirsiniz?

-Azərbaycan və Çin arasında münasibətlər strateji əməkdaşlıq səviyyəsinə yüksəlib. İki ölkə arasında siyasi qarşılıqlı etimad yüksək səviyyədədir. Çin Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyib, Azərbaycan isə “Bir Çin” siyasətini ardıcıl şəkildə tanıyır. İqtisadi sahədə isə, Azərbaycan Çin üçün Cənubi Qafqazda mühüm enerji və nəqliyyat tərəfdaşıdır. Bakı-Tbilisi-Qars dəmir yolu və Orta Dəhliz layihəsi Çin mallarının Avropaya çıxışında mühüm rol oynayır. Həmçinin, Çin şirkətlərinin Azərbaycana olan marağı artmaqdadır – bu da ölkəyə birbaşa sərmayələrin cəlb edilməsinə töhfə verir.

-Azərbaycanın həm Qərbdə, həm də Şərqdə diplomatik uğurlar qazanmasını nə ilə izah edərdiniz?

Bu uğurların əsasında güclü siyasi iradə, milli maraqlara əsaslanan çevik diplomatiya və Prezident İlham Əliyevin şəxsi liderlik keyfiyyətləri dayanır. Azərbaycan heç bir bloka qoşulmadan, müstəqil siyasət yürüdərək, həm Avropa İttifaqı, NATO, ABŞ kimi Qərb institutları ilə, həm də Çin, Rusiya, Türk Dövlətləri ilə əməkdaşlıq münasibətləri qurub. Bu siyasət Azərbaycanın beynəlxalq nüfuzunu artırıb, iqtisadi və siyasi riskləri minimuma endirib. Diplomatiyamız artıq hadisələrin obyektindən çox, təşəbbüskarı kimi çıxış edir – bu da Azərbaycanı regional liderə çevirən əsas amillərdəndir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki