image-n1karobka_ads
image-123
image-71bngojlrhe3rrnzlgzhho74bqdpesgendkjmlyf_1200backend

Leyla Əliyeva Oman qurumunun rəhbəri ilə görüşüb – FOTO

image-ad_qayo_720x110px

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Oman Sultanlığının Kiçik və Orta Müəssisələrin İnkişafı Qurumunun sədri Hayma Al Zari ilə də görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə Oman arasında kiçik və orta sahibkarlığın inkişafı, qadınların iqtisadi fəallığının artırılması, gənclərin biznes təşəbbüslərinin dəstəklənməsi və innovasiya yönümlü layihələrin təşviqi məsələləri müzakirə olunub.

Leyla Əliyeva Azərbaycanda qeyri-neft sektorunun, o cümlədən sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən dövlət proqramlarından və ictimai təşəbbüslərdən danışıb.

Hayma Al Zari Omanın Azərbaycanla əməkdaşlığı genişləndirilməkdə maraqlı olduğunu deyib.

Söhbət zamanı biznes nümayəndələri arasında birbaşa əlaqələrin qurulması və gələcəkdə konkret əməkdaşlıq mexanizmlərinin formalaşdırılması barədə razılıq əldə olunub.

DOĞRU.AZ

image-q4nfd8iinozklffmc2ke3po5qvt3josqhj65akr3_640 image-3kxloyax9jwdqdtvr7giaczhyqi2kbojpvtanqos_640image-jcsizc61jdhcjejagccroikryme46cmnjawzmbf8_640

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki