image-n1karobka_ads
image-123
image-1766569579128153381_1200x630backend

İrakli Kobaxidze Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib

image-ad_qayo_720x110px

Gürcüstanın Baş naziri İrakli Kobaxidze dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Doğru.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

İrakli Kobaxidze dövlətimizin başçısını ad günü münasibətilə təbrik edərək, ona prezidentlik fəaliyyətində yeni uğurlar və möhkəm cansağlığı arzulayıb. Prezident İlham Əliyev göstərilən diqqətə və səmimi təbrikə görə minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı dostluq və mehriban qonşuluq prinsiplərinə əsaslanan Azərbaycan–Gürcüstan münasibətlərinin uğurla inkişaf etdiyi vurğulanıb, ikitərəfli əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki