image-n1karobka_ads
image-123
image-1760946239942651883_1200x630backend

Azərbaycan-Gürcüstan ticarətində 970,6 milyon dollar həddi keçildi

image-ad_qayo_720x110px

Cari ilin yanvar-sentyabr aylarında Gürcüstan ilə Azərbaycan arasında ticarət dövriyyəsi 970,6 milyon dollar təşkil edib.

Doğru.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsi məlumat yayıb. Qurumun məlumatına görə, göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,43 faiz artıb.

Hesabat dövründə Azərbaycan Gürcüstanın ümumi ticarət dövriyyəsində 5,2 faiz payla Türkiyə, ABŞ, Rusiya, Çin və Qırğızıstandan sonra 6-cı yerdə qərarlaşıb.

Gürcüstandan Azərbaycana ixrac 529,9 milyon dollar təşkil edib ki, bu da illik müqayisədə 2,6 faiz azdır. Azərbaycan Gürcüstanın ixracında 10,3 faiz payla Qırğızıstan, Qazaxıstan və Rusiyadan sonra 4-cü əsas ixrac tərəfdaşı olub.

Azərbaycanın Gürcüstandan idxal etdiyi məhsulların həcmi isə ötən ilin eyni dövrü ilə müqayisədə 6,4 faiz artaraq 440,7 milyon dollara yüksəlib. Bu göstərici ilə Azərbaycan Gürcüstanın idxalında 3,3 faiz payla ABŞ, Türkiyə, Çin, Rusiya, Almaniya və Böyük Britaniyadan sonra 7-ci əsas idxal tərəfdaşı olub.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki