ABŞ Prezidenti Donald Trump Venesuela nefti ilə bağlı diqqətçəkən açıqlama verib.
Doğru.az xəbər verir ki, Tramp ABŞ-ın artıq 100 milyon barel Venesuela nefti satdığını və gələn ay bu göstəricini ikiqat artırmağı planlaşdırdığını bildirib. Onun sözlərinə görə, karbohidrogen xammalı sonrakı emal üçün Texas ştatındakı ixtisaslaşmış zavodlara göndərilir.
Amerika lideri əlavə edib ki, Vaşinqton Venesuela hökuməti ilə “əla münasibətlər” qurub.
Qeyd edək ki, aprelin 14-də United States Department of the Treasury Venesuela Mərkəzi Bankı ilə əməliyyatlar aparmaq üçün ümumi lisenziya verib. Daha əvvəl ABŞ-ın Enerji Katibi Chris Wright Vaşinqtonun Venesuela üzərindəki nəzarətinin Trampın səlahiyyət müddəti başa çatmadan da dayandırıla biləcəyini istisna etməmişdi.
DOĞRU.AZ

























