image-n1karobka_ads
image-123
image-301032_5qutyqceu5backend

Noyabr və dekabrda ardıcıl iki Super Ay müşahidə olunacaq

image-ad_qayo_720x110px

5 noyabr və 4 dekabr tarixlərində ardıcıl iki Super Ay hadisəsi baş verəcək.

Doğru.az xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Astrofizika kafedrası məlumat yayıb.

BDU-nun açıqlamasında bildirilib ki, Super Ay Tam (dolu) Ay fazasının Ay orbitinin Yerə ən yaxın nöqtəsində (perigey) olduğu zaman müşahidə olunur. Perigey məsafəsi 360 000 km-dən az olduqda baş verən Tam Ay Super Ay adlanır. Bu zaman Ay adi tam Aydan 7–14% böyük və təxminən 15–30% parlaq görünür. Məsələn, noyabrın 5-də və dekabrın 4-də Ay adi tam Aydan təxminən 8% böyük və 16% parlaq olacaq.

Doğru.az-ın məlumatına görə, Ayın Yerdən məsafəsi noyabrın 5-də 356 832 km, dekabrın 4-də isə 356 961 km təşkil edəcək. Super Ay insanların sağlamlığı üçün heç bir təhlükə yaratmır, lakin Ayın cazibə qüvvəsi okean və dəniz səviyyələrinə təsir edərək 3–5 sm-ə qədər yüksək su səviyyəsinə səbəb ola bilər.

Qeyd olunur ki, Ayın Yerə maksimal yaxınlaşması 1912-ci il yanvarın 4-də baş verib və sonrakı illərdə bu məsafələr müxtəlif tarixlərdə təkrar olunub. Növbəti maksimal yaxınlaşma isə 2034-cü il noyabrın 25-də gözlənilir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki