image-n1karobka_ads
image-123
image-img-20250506-wa0012backend

Ruhun Səsi və Bədənin Dili: Yoqa Festivalı Yenidən İlham Verdi

Bakıda təşkil olunan növbəti möhtəşəm yoqa festivalı yenə də minlərlə insanın ruhuna toxundu. Heydər Əliyev Fondunun vitse-prezidenti, “Nine Senses” İncəsənət Mərkəzinin təsisçisi və Azərbaycan Yoqa Federasiyasının prezidenti Leyla Əliyevanın dəstəyi ilə baş tutan bu tədbir həm məzmun, həm də enerji baxımından yadda qaldı.

Üç gün ərzində iştirakçılar yoqa və meditasiya təcrübələrindən tutmuş, şərq və slavyan təbabəti, sufi fəlsəfəsi, art-terapiya, səs və sufi performansları, konsertlər, ekstatik rəqs, neyroqrafika və qadın balans praktikaları kimi müxtəlif sessiyalarla tanış oldular. Bu zəngin proqram festivalı yalnız fiziki rahatlıq deyil, mənəvi yenilənmə üçün də önəmli bir platformaya çevirdi.

Festivalın baş sponsoru artıq ikinci ildir ki, Azərsun Holdinq olaraq çıxış edir və bu dəstək tədbirin daha geniş miqyasda təşkilinə imkan verir.

Festival iştirakçılarından biri, yoqa müəllimi İlhamə Şirinova, təəssüratlarını Doğru.az saytına bölüşdü:

“Mən belə tədbirlərin keçirilməsini ürəkdən dəstəkləyirəm. Gənclərin bu festivalda aktiv iştirakı məni xüsusilə sevindirdi. Belə festivallar insana özünü tapmaq üçün ilk fürsəti yaradır. İnsan ruhuna yaxın olan bir sahə ilə tanış olur və mənəvi yolda irəliləməyə başlayır,” – deyə o bildirdi.

İlhamə Şirinova festival çərçivəsində öz dərsi zamanı yaşadığı unudulmaz anlardan da danışdı:

“Dərsimi keçirdim və bir daha əmin oldum ki, qısa zamanda insana nə qədər fayda vermək mümkündür. Bir neçə nəfəs texnikası ilə gündəlik stressdən azad olmaq, enerji bərpası əldə etmək mümkündür. Əgər biliklərimizi paylaşaraq kiməsə fayda verə biliriksə, demək ki, bu həyat boşuna deyil. Biz bu festivalları keçirərək insanlara göstəririk ki, onların sağlamlığı və inkişafı bizim üçün dəyərlidir,” – deyə Şirinova vurğuladı.

Bu ilki yoqa festivalı bir daha sübut etdi ki, sağlam həyat tərzi, daxili balans və mənəvi inkişaf axtarışında olan insanlar üçün belə tədbirlər əvəzolunmazdır. Festival sadəcə yoqa ilə məhdudlaşmayaraq, insanın bütün varlığını əhatə edən bir həyat fəlsəfəsinə çevrildi.

DOĞRU.AZ

image-img-20250507-wa0225

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki