image-n1karobka_ads
image-123
image-68fc655e02e8bd02b501ecd4backend

Vaşinqtonda Hovard Universiteti yaxınlığında atışma: 5 nəfər yaralanıb

image-ad_qayo_720x110px

Vaşinqtonda Hovard Universitetinin şəhərciyi yaxınlığında baş verən atışma nəticəsində 5 nəfər xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Doğru.az xəbər verir ki, CBS polis departamentinə istinadən yayılan məlumata görə, yaralananlardan üçü kişi, biri qadın, digəri isə 13 yaşlı oğlandır. Onların həyati təhlükəsinin olmadığı bildirilir.

Atışma universitetdə keçirilən illik “evə qayıtma həftəsi” zamanı baş verib. Qurbanların Hovard Universitetinin məzunları olmadığı qeyd olunur.

Hadisə ilə bağlı iki şübhəli şəxs polis tərəfindən saxlanılıb.

Qeyd edək ki, oktyabrın ortalarında ABŞ-ın cənubunda baş verən başqa bir silahlı insident nəticəsində 4 nəfər ölmüş, azı 12 nəfər yaralanmışdı.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki