Keçmiş dövlət başçısının kitabına istinadən Yle xəbər agentliyi yazır ki, hələ 2022-ci ildə Rusiya lideri Vladimir Putin Finlandiyanın o vaxtkı prezidenti Sauli Niinistö ilə söhbətində ölkənin NATO-ya daxil olmasının səhv qərar olacağını bildirmişdi.
Doğru.az xəbər verir ki, Niinistö Putinin həmin an təəccüblü dərəcədə sakit olduğunu və yalnız “Sən səhv edirsən” dediyini qeyd edib.
Qeyd edək ki, bundan əvvəl Niinistö Avropanın Rusiya və onun lideri ilə dialoqu dayandırmasını səhv addım kimi qiymətləndirmişdi.
Finlandiyanın hazırkı prezidenti Aleksandr Stubb isə bəyan edib ki, Ukraynada atəşkəs əldə olunarsa, Avropa Rusiyaya qarşı sanksiyaları yumşalda bilər.
DOĞRU.AZ




























