image-n1karobka_ads
image-123
image-17612915324603639391_1200x630backend

Qazaxıstanda Avropada Turizmdə Qadınların Səlahiyyətləndirilməsi üzrə BMT Konfransı keçirilib

image-ad_qayo_720x110px

Qazaxıstanın Almatı şəhərində Avropada Turizmdə Qadınların Səlahiyyətləndirilməsi üzrə 1-ci BMT Regional Turizm Konfransı keçirilib.

Dövlət Turizm Agentliyindən bildirilib ki, tədbirdə qadınların liderliyi, sahibkarlıq fəaliyyəti, rəqəmsal bacarıqlar, turizm sektorunda çətin stereotiplər və qadınların iqtisadi və sosial səlahiyyətləndirilməsinə maneələrin aradan qaldırılması yolları müzakirə olunub.

Doğru.az-ın məlumatına görə, Azərbaycanı konfransda Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyəti sədrinin müavini Sədaqət Davudova təmsil edib. O, “Turizm idarəçiliyində gender bərabərliyi” mövzusunda panel müzakirəsində Azərbaycan təcrübəsini təqdim edib və ölkədə qadınların turizm və mədəni irs sektorunda fəal rolundan danışıb. Bildirilib ki, hökumət təşəbbüsləri BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 5-cisi olan gender bərabərliyi ilə uzlaşır.

Qeyd olunur ki, iki gün davam edən beynəlxalq konfransda sosial innovasiyanı irəli aparan həm dövlət, həm də özəl sektor liderləri ilə dialoq aparılıb, qlobal turizm sektorunda gender bərabərsizliyi və onun aradan qaldırılması strategiyaları müzakirə edilib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki