image-n1karobka_ads
image-123
image-17611184971569048780_1200x630backend

Cəlilabadda Aqrar Biznes Festivalı və toxum yarmarkası keçirilib – FOTO

image-ad_qayo_720x110px

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Aqrar Xidmətlər Agentliyi və Cəlilabad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə növbəti Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkası keçirilib. Tədbirdə Lənkəran-Astara iqtisadi rayonundan olan fermerlər iştirak ediblər.

Doğru.az xəbər verir ki, festivalın keçirilməsində məqsəd aqrar sahədə innovativ yanaşmaların təşviqi, fermerlərlə əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi, toxumçuluq sektorunun inkişafı və bölgədə kənd təsərrüfatının dayanıqlı inkişafına töhfə vermək olub. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan qurumlar, digər dövlət strukturları, özəl şirkətlər və fermerlər iştirak edib.

Festival çərçivəsində iştirakçılar toxum, dərman vasitələri, ting və bitki mühafizəsi vasitələri, kənd təsərrüfatı texnikaları və suvarma sistemləri sahəsində fəaliyyət göstərən şirkətlərin məhsulları ilə tanış olublar. Şirkətlər fermerlərə müasir aqrotexniki yeniliklər, bitki mühafizəsi tədbirləri, düzgün suvarma və texniki təminatın əhəmiyyəti barədə məlumat veriblər.

Həmçinin, bank və bank olmayan kredit təşkilatlarının nümayəndələri kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən fermer və sahibkarlara təqdim etdikləri güzəştli kreditlər, lizinq və sığorta xidmətləri barədə ətraflı məlumat veriblər.

Yarmarka çərçivəsində fermerlərə yüksək məhsuldarlığı ilə seçilən “Yubiley-90”, “Ləyaqətli-80”, “Esperia”, “Qobustan” yumşaq buğda, “Xudafərin”, “Rəvan”, “Göytəpə” bərk buğda və “Finola”, “Cəlilabad-19”, “Dəyanətli” arpa sortları təqdim olunub.

Festival həmçinin yerli istehsalçılar üçün satış imkanları yaradıb, iştirakçılar bölgənin kənd təsərrüfatı məhsullarının sərgisi ilə tanış olub və yeni əməkdaşlıq imkanları qazanıblar.

DOĞRU.AZ

image-17611184972673023027_1200x630 image-176111849764975686_1200x630 image-17611184974066864985_1200x630 image-1761118497900223632_1200x630 image-1761118497155062423_1200x630 image-17611184975185841214_1200x630 image-17611184975022610940_1200x630 image-17611184976094845882_1200x630 image-1761118497545218314_1200x630 image-17611184974509926822_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki