Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir.
Doğru.az xəbər verir ki, qəbullar zamanı vətəndaşların Nazirliyin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri dinlənilir və onların həlli üçün tədbirlər görülür.
Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, vətəndaş qəbulu qrafikdə nəzərdə tutulmuş rayonun Dövlət Aqrar İnkişaf Mərkəzində keçirilir. Qəbula gəlmək istəyən şəxslər Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi” (1652) vasitəsilə qeydiyyatdan keçməlidirlər. Həmçinin, vətəndaşlar şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.
Nazirlik 2026-cı ilin yanvar ayı ərzində keçiriləcək vətəndaş qəbulları üzrə qrafiki təqdim edib.
DOĞRU.AZ





























