2025-ci ilin yanvar–noyabr ayları ərzində Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 6420 kənd təsərrüfatı texnikasının satışı maliyyələşdirilib.
Doğru.az xəbər verir ki, Aqrar Tədqiqatlar Mərkəzinə istinadən məlumata görə, bu sahədə fəaliyyət göstərən şəxslərə 4563 müraciət üzrə ümumilikdə 89,8 milyon manat məbləğində güzəştli kredit verilib.
2024-cü ilin eyni dövrü ilə müqayisədə kredit alanların sayı 32,7 faiz, ayrılan kredit vəsaitinin həcmi isə 39,4 faiz artıb.
Məlumata görə, ayrılan vəsaitin 51,1 milyon manatı texnika və avadanlıq kreditlərinin payına düşüb ki, bu da 5,8 faiz artım deməkdir. Güzəştli kreditlər 19,9 milyon manat təşkil edərək 18,1 dəfə yüksəlib. Mikrokreditlərin həcmi isə 18,8 milyon manat olub və bu göstərici 25,3 faiz artım nümayiş etdirib.
DOĞRU.AZ




























