image-n1karobka_ads
image-123
image-17679599305266648522_1200x630backend

Kənd təsərrüfatı naziri Sabirabadda vətəndaşların müraciətlərini dinləyib – FOTO

image-ad_qayo_720x110px

Yanvarın 9-da Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzində Sabirabad, İmişli, Beyləqan və Saatlı rayonlarından olan vətəndaşlarla görüşüb, onların müraciətlərini dinləyib və ərizə-şikayətlərinə baxıb.

Doğru.az xəbər verir ki, qəbuldan öncə nazir və Sabirabad Rayon İcra Hakimiyyətinin birinci müavini Həsən Həsənov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzərək xatirəsini ehtiramla anıblar.

Qəbul zamanı vətəndaşların əsas müraciət mövzuları işlə təmin olunma, subsidiyaların verilməsi, torpaq sahələrinin ayrılması, işğaldan azad edilmiş ərazilərdə torpaq sahələrinin bölgüsü, suvarma suyu ilə təminat və digər məsələlər olub. Nazir Məcnun Məmmədov hər bir müraciəti diqqətlə dinləyib və qanunvericiliyin tələblərinə uyğun olaraq qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlər isə müvafiq qurumlara yönləndirilib. Nazir görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların sahənin inkişafına və istehsalçıların rifah halının yaxşılaşmasına töhfə verdiyini vurğulayıb.

Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

DOĞRU.AZ

image-17679599305949541010_1200x630 image-17679599301600417093_1200x630 image-17679599303669230147_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki