image-n1karobka_ads
image-123
image-17690857012873926460_1200x630backend

Fuad Sadıqov Ağsuda vətəndaşların aqrar sığorta ilə bağlı müraciətlərini dinlədi – FOTO

image-add-a-heading

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağsu Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Ağsu rayonundan olan vətəndaşların qəbulunu keçirib.

Doğru.az xəbər verir ki, qəbula gələn vətəndaşların müraciətləri əsasən buğda və arpa sahələrinin sığortalanması, aqrar sığorta haqlarının hesablanması və ödənişi, eləcə də digər məsələlərlə bağlı olub.

Fuad Sadıqov müraciətləri diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli araşdırılması və qanunvericiliyə uyğun qısa müddətdə həlli üçün müvafiq tapşırıqlar verib. Qəbul zamanı bir sıra məsələlər yerindəcə həllini tapıb.

Qeyd olunub ki, aqrar sığorta dövlət tərəfindən fermer və təsərrüfatlara mühüm dəstək mexanizmidir. Sığorta haqqının 50 faizinin dövlət tərəfindən ödənilməsi fermerlərə sərfəli şərtlərlə əkin sahələrini və heyvanlarını risklərdən qorumağa imkan yaradır.

Qəbuldan sonra Fuad Sadıqov Ağsu rayonunda yerləşən intensiv xurma və şaftalı bağlarına baxış keçirib, fermerlərin gördüyü hazırlıq işləri ilə tanış olub.

DOĞRU.AZ

image-17690857015601010810_1200x630 image-17690857012368119291_1200x630 image-17690857016004038995_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki