image-n1karobka_ads
image-123
image-68f8a09402e8bd549e41655ebackend

Gələcəkdə bütün işləri robotlar və süni intellekt görəcək

image-ad_qayo_720x110px

Amerikalı sahibkar Elon Musk sosial şəbəkədəki X səhifəsində gələcəkdə iş yerlərinin robotlar və süni intellekt (AI) tərəfindən idarə olunacağını bildirib.

Doğru.az xəbər verir ki, Musk qeyd edib: “AI və robotlar bütün işləri öz üzərinə götürəcək. İnsanlar istədikləri kimi işləyə biləcəklər.”

Sahibkar əlavə edib ki, bu sayədə tərəvəzləri mağazadan almaq əvəzinə, özünüz yetişdirmək mümkün olacaq.

Musk bu fikirləri Amazonun iş əməliyyatlarının 75%-ni avtomatlaşdırmaq planlarını paylaşan amerikalı sahibkar Ceyson Kalakanisin yazısına cavab olaraq bildirib.

Qeyd edək ki, bundan əvvəl “Qazprom”un baş direktoru Aleksey Miller də süni intellektin tətbiqi nəticəsində aparıcı iqtisadiyyatlarda elektrik istehlakının artacağını vurğulamışdı.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki