image-n1karobka_ads
image-123
image-vn20251024_172657backend

Türkiyəli müğənni Emrah Bakıya gəldi – sabah konsert verəcək

image-ad_qayo_720x110px

Türkiyənin tanınmış müğənnisi Emrah Bakıya gəlib.

Doğru TV xəbər verir ki, sənətçi bu gün Heydər Əliyev Beynəlxalq Hava Limanına enib və jurnalistlərin suallarını cavablandırıb. Emrah uzun fasilədən sonra Azərbaycan tamaşaçıları qarşısında səhnəyə çıxacağı üçün həyəcanlı olduğunu bildirib:

“Bakı mənim üçün hər zaman doğma bir şəhərdir. Burada gördüyüm sevgi və istilik mənə böyük enerji verir. Sabahkı konsertdə pərəstişkarlarımla görüşmək üçün səbirsizlənirəm,” – deyə müğənni qeyd edib.

Qeyd edək ki, Emrahın konserti 25 oktyabr konqres mərkəzində axşam saat 20:00-da start götürəcək.

Ülkər Quliyev

DOĞRU.AZ

image-img-20251024-wa0113

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki