image-n1karobka_ads
image-123
image-5r4a0458backend

Mark Eliyahu Bakıda: “Bura doğmadır, özümü evdə hiss edirəm”

Dünyaca məşhur kamança və bağlama ustası, dərin melodiyaların ustadı Mark Eliyahu 4 may 2025-ci il tarixində Bakının ən mötəbər konsert məkanlarından biri olan Heydər Əliyev Sarayında möhtəşəm çıxışla yadda qaldı.

Doğru.az xəbər verir ki, uzun müddət musiqi sevərlərin yaddaşında qalacaq bu konsert Event Office tərəfindən təşkil olunub. Səhnədə biri-birindən fərqli və ruh oxşayan əsərlərini səsləndirən sənətçi, Azərbaycan dilində çıxış edərək sevənlərini salamlayıb və onlara dərin təşəkkürünü bildirib.

Konsertdən sonra Doğru.az-a açıqlama verən Mark Eliyahu Bakı ilə bağlı təəssüratlarını belə bölüşüb:

“Bakı möhtəşəmdir. Buradan xüsusi ilham alıram. Bu şəhərdən ürəyimə od düşür və hər dəfə geri qayıtmaq mənə böyük hisslər yaşadır. Məni sevən insanlarla tanış olmaq heyrətamizdir. Onların sevgisini hiss edirəm. Xoşbəxtəm. Bakıda olanda özümü evdə hiss edirəm. Bura doğmadır. Mədəniyyəti və insanları çox fərqlidir. Bu, əla hissdir.”

DOĞRU.AZ

image-5r4a0459 image-5r4a0463

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki