image-n1karobka_ads
image-123
image-image_750x_68f88d7aa4849backend

Yağıntılı hava şəraiti müşahidə edilib, Şahdağa və Kəlbəcərə qar yağıb

image-ad_qayo_720x110px

Oktyabrın 22-si saat 11:00-a olan faktiki hava açıqlanıb.

Doğru.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ölkə üzrə əsasən yağıntılı hava şəraiti müşahidə olunub. Bəzi bölgələrdə yağış arabir leysan xarakteri daşıyıb, yüksək dağlıq ərazilərdə – Şahdağ və Kəlbəcərdə isə qar yağıb.

Yağıntının həcmi bölgələr üzrə belə qeydə alınıb: Lənkəran – 40 mm, Astara – 34 mm, Biləsuvar – 28 mm, Lerik – 23 mm, Yardımlı – 20 mm, Neftçala – 16 mm, Zaqatala – 14 mm, Sarıbaş (Qax) – 10 mm, Gədəbəy – 8 mm, Qəbələ və Sədərək – 6 mm, Göygöl, Daşkəsən, Ordubad və Şahbuz – 5 mm, Quba – 4 mm, Naxçıvan, Naftalan, Oğuz, Şamaxı, Sabirabad, Şərur, Gəncə, Qusar, Şabran, Mingəçevir, Yevlax, İmişli, Şəki, Culfa, Xaçmaz, Tərtər, Bərdə, Xaltan, Şəmkir, Balakən, İsmayıllı, Qobustan, Xızı, Göyçay, Kürdəmir, Beyləqan, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli və Cəbrayılda – 3 mm, Bakıda və Abşeron yarımadasında isə 1 mm-ə qədər olub.

Bundan əlavə, Balakən, Daşkəsən, Göygöl, Şəki, Oğuz, Şamaxı, Xızı, Qusar, Quba, Göyçay, Mingəçevir və Yevlaxda duman müşahidə olunub. Dumanda görünüş həcmi 500 metrədək məhdudlaşıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki