image-n1karobka_ads
image-123
image-rejisorbackend

Gənc Tamaşaçılar Teatrının rejissoru evsiz qaldı

image-ad_qayo_720x110px

Gənc Tamaşaçılar Teatrının rejissoru Gülnar Hacıyeva evsiz qalıb.

Doğru.az xəbər verir ki, məlumatı aparıcı Kəmalə Onur yayıb. Onun sözlərinə görə, rejissor hazırda çox çətin vəziyyətdədir.

“Cəbrayıldan məcburi köçkün düşmüş, tək yaşayan Gülnar Hacıyevanın Dillər Universitetinin yataqxanasında məskunlaşdığı otağına plomb vurulub. Artıq bir aya yaxındır ki, Gülnar xanım onun-bunun evində qalır, yalnız çıxarkən geyindiyi bir dəst paltarla qalıb. Gücümüz çatan qədər kömək etməyə çalışsaq da, nəticə əldə edə bilmirik”, – deyə Kəmalə Onur bildirib.

Aparıcı qeyd edib ki, məsələ ilə bağlı Təhsil Nazirliyinə müraciət olunub, lakin qurum hələlik sorğuya cavab verməyib:
“Uzun illər teatrda, dövlət tədbirlərində rejissor kimi çalışan, aldığı maaşla güclə dolanan, hələ də köçkün həyatı yaşayan Gülnar Hacıyevanın səsinə səs verilsin. Üzü qışa doğru onun küçələrdə qalmasına imkan verməsinlər”.

Mənbə: Olay.az

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki