ABŞ prezidenti Donald Tramp sələfi Co Baydenin ölkə tarixində ən pis Amerika lideri olduğunu bildirib.
Bu barədə o, Truth Social sosial şəbəkəsində yazıb.
“ABŞ tarixinin ən pis prezidenti olan yuxulu Co Bayden milyonlarla və milyonlarla cinayətkarın… ölkəmizə çox təhlükəli və zəif dizayn edilmiş açıq sərhəddən daxil olmasına icazə verib.
Tramp vurğulayıb ki, onun işi “bu qatilləri və quldurları” ölkədən çıxarmaqdır.
Bundan əvvəl Bayden Ağ Evi tərk etdikdən sonra ilk çıxışını edib. Sosial təminatı müdafiə etmək üçün Çikaqoda keçirilən konfransda o, Trampı tənqid edib.
DOĞRU.AZ