İsrailin müdafiə naziri İsrael Katz sosial şəbəkədə bildirib ki, HƏMAS girovları azad etməkdən imtina edərsə, İsrail ordusu Qəzza zolağında aparacağı hərbi əməliyyatların əhatə dairəsini genişləndirəcək.
“HƏMAS öz imtinasında israr edərsə, (IDF) fəaliyyətləri genişləndiriləcək və yeni mərhələlərə keçəcək”, – nazir vurğulayıb.
Bundan əvvəl The Wall Street Journal İsrail ordusunun Qəzza zolağının 30%-dən çoxuna nəzarəti ələ keçirdiyini bildirmişdi.
DOĞRU.AZ