image-n1karobka_ads
image-123
image-1744796723206783408_1200x630backend

Astanada II Mərkəzi Asiya Media Forumu keçirilir – FOTO

Azərbaycan nümayəndə heyəti Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Qlobal çağırışlar dövründə Mərkəzi Asiya: Media strateji inkişaf aləti kimi” mövzusunda II Mərkəzi Asiya Media Forumunda iştirak edir.

Bu barədə Doğru.az-a Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyindən məlumat verilib.

“Mərkəzi Asiya mediası: Yeni inkişaf nöqtələri və əməkdaşlıq” mövzusunda panel sessiyada çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov qeyd edib ki, müasir dövrdə geosiyasi dinamikanın təsiri nəticəsində media mühiti sürətlə dəyişir və inkişaf edir, informasiya ictimai rəyə əhəmiyyətli dərəcədə təsir göstərir, siyasi diskursu yönəldir və ictimai-siyasi proseslərin idarəolunmasında müstəsna rol oynayır.

İcraçı direktor media savadlılığının artırılması, etik jurnalistikanın təşviqi və media sahəsində regional əməkdaşlığın gücləndirilməsi istiqamətində həyata keçirilən təşəbbüslərin sürətlə dəyişən informasiya mühitində qlobal çağırışlara cavab vermək və cəmiyyətin dezinformasiyaya qarşı daha dayanıqlı olmasını təmin etmək baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Qeyd edək ki, aprelin 16-17-də keçirilən II Mərkəzi Asiya Media Forumu çərçivəsində Mərkəzi Asiya dövlətlərinin media sahəsində qarşılıqlı əməkdaşlıq imkanları, qlobal medianın inkişafı, gələcəyin informasiya landşaftının formalaşması, süni intellekt və məlumat axını dövründə medianın rəqəmsal transformasiyası, sosial şəbəkələrin ölkənin imicinin təbliğində rolu kimi məsələlər müzakirə olunacaq.

DOĞRU.AZ

image-17447967232916856709_1200x630 image-17448019831412462735_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki