Ağ Ev Çini 245% idxal rüsumları ilə hədələyib.
“Cavab tədbirləri nəticəsində Çin indi ABŞ-ın idxalına 245%-ə qədər gömrük rüsumları ilə üzləşir”, – hesabatda deyilir.
Həmçinin qeyd olunur ki, ABŞ prezidenti Donald Tramp mümkün boşluqların və istisnaların qarşısını alan sərəncamlar imzalayıb.
Daha əvvəl “The Wall Street Journal” öz mənbələrinə istinadən yazıb ki, ABŞ Çini təcrid etmək müqabilində ticarət tərəfdaşlarına tarif endirimləri təklif edəcək.
DOĞRU.AZ