image-n1karobka_ads
image-123
image-17447888005393312233_1200x630backend

Azərbaycan II Mərkəzi Asiya Media Forumunda təmsil olunur

Aprelin 16-17-də Astanada II Mərkəzi Asiya Media Forumu keçirilir.

AZƏRTAC xəbər verir ki, tədbirdə Qazaxıstan, Azərbaycan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Böyük Britaniya, Çin, Qətər, Rusiya və digər ölkələrin media rəhbərləri və tanınmış ekspertləri iştirak edirlər.

Forumun panel sessiyalarında iki gün ərzində Mərkəzi Asiya dövlətlərinin media sektorunda inkişaf perspektivləri və əməkdaşlıq imkanları, qlobal medianın inkişafı, gələcəyin informasiya landşaftının formalaşması, süni intellekt və böyük informasiya axını dövründə medianın rəqəmsal transformasiyası, sosial şəbəkələrin ölkənin imicinin təbliğində rolu müzakirə olunur.

Tədbirdə Qazaxıstan və xarici media rəhbərləri, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının mətbuat xidmətlərinin əməkdaşları, universitet tələbələri, nüfuzlu şəxslər, media ekspertləri üçün “Euronews”, CNN, “Yandex” və başqalarının aparıcı mütəxəssisləri tərəfindən ustad dərsləri təşkil olunacaq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki