image-2000x150px
image-123
image-ads_atlas
image-img-20240610-wa0039backend

15 iyun – Milli Qurtuluş Günü ilə əlaqədar tədbir keçirilib – FOTO

image-728x90px

İyunun 10-da Bakı şəhəri 295 nömrəli tam orta məktəbdə 15 İyun Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, inkişafın sarsılmaz təməlləri qoyuldu.

Ümummilli Lider Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyini əbədi və dönməz etdi. Ölkəmizdə yaradılan sabitlik iqtisadi uğurlarda əhəmiyyətli rol oynadı.

Çıxış edən Milli Məclisin deputatı Aydın Mirzəzadə qeyd edib ki, bu tarix, eyni zamanda, Azərbaycanın tənəzzüldən tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir.

Çıxış edən Milli Məclisin deputatı Pərvin Kərimzadə bildirib ki, Ulu Öndər Heydər Əliyevin düşünülmüş siyasətinin əsasında iqtisadi və siyasi islahatların vəhdətinin yaradılması dayanırdı. Son 20 ildən artıq dövrdə bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Çıxış edən ərazi partiya təşkilatının sədri , 295 nömrəli tam orta məktəbin direktoru Dilarə Cəbrayılova qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası müstəqillik tariximizdə keçdiyimiz şərəfli yolun bələdçisi kimi daim Azərbaycanın daha da qüdrətlənməsinə, xalqımızın yüksək rifah şəraitində yaşamasına öz töhfəsini verir.

Sonda YAP sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqəsi təqdim edilib.

DOĞRU.AZ

image-img-20240610-wa0042 image-img-20240610-wa0040 image-img-20240610-wa0041 image-img-20240610-wa0043 image-img-20240610-wa0044 image-img-20240610-wa0045 image-img-20240610-wa0046 image-img-20240610-wa0038

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki