2026-cı ilin istehsalat təqviminə əsasən, mart ayında xüsusi günlər və həftəsonları səbəbindən qeyri-iş günlərinin sayı çox olacaq.
Doğru.az xəbər verir ki, mart ayında qeyri-iş günlərinə 8 Mart – Beynəlxalq Qadınlar Günü, 20–24 mart tarixlərində Novruz bayramı, eləcə də 20–21 mart Ramazan bayramı daxildir.
Qeyd edək ki, 8 Mart bazar gününə təsadüf etdiyindən, 9 mart da qeyri-iş günü hesab olunacaq.
Beləliklə, şənbə və bazar günləri də nəzərə alındıqda, 2026-cı ilin mart ayında ümumilikdə 17 gün iş olmayacaq.
DOĞRU.AZ




























