image-n1karobka_ads
image-123
image-696da103ae5ac97f530bb5f1backend

1970-ci illərdən sonra ilk dəfə belə HAL

image-add-a-heading

Kamçatkada 2025-ci ilin dekabr ayında və 2026-cı ilin yanvar ayının birinci yarısında müşahidə olunan hava şəraiti son təxminən 60 il ərzində unikal hesab olunur.

Doğru.az xəbər verir ki, bu barədə Kamçatka Hidrometeorologiya Departamentinin rəhbəri Vera Polyakova məlumat verib. RİA Novosti onun sözlərini sitat gətirərək bildirir ki, bu cür hava şəraiti mövcud müşahidə dövrü üçün olduqca nadirdir.

Vera Polyakovanın sözlərinə görə, miqyasına görə müqayisə edilə bilən oxşar vəziyyət sonuncu dəfə 60 ildən çox əvvəl – 1970-ci illərin əvvəllərində qeydə alınıb.

Ekspert əlavə edib ki, hazırda regionda hava şəraiti diqqətlə izlənilir, eyni zamanda uçqun təhlükəsi ilə bağlı xəbərdarlıqlar davam etdirilir və yaşayış məntəqələrinin qorunması üçün əlavə tədbirlərin görülməsi planlaşdırılır.

Qeyd edək ki, daha əvvəl Kamçatkada damdan qarın düşməsi nəticəsində iki nəfərin həyatını itirməsindən sonra bələdiyyə səviyyəsində fövqəladə vəziyyət elan edilmişdi.

Bununla yanaşı, Təbiət və İnsanlar Fondunun klimatoloqu, iqlim üzrə mütəxəssis Aleksey Kokorin bildirib ki, Rusiyada son 50 il ərzində orta temperatur təxminən 2,5 dərəcə artıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki