image-2000x150px
image-123
image-ads_atlas
image-photo_22550backend

20 uşaq himayədar ailələrə verilib – FOTO

image-728x90px

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən artıq 20 uşaq himayədar ailələrə verilib. Onlardan 5-i oğlan, 15-i qızdır.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Doğru.az-a verilən məlumata görə, uşaqlardan 10-u Bakı şəhərində, 10-u rayonlarda (o cümlədən 2-si Lənkəranda, 1-i Cəlilabadda, 1-i Ağcabədidə, 1-i Biləsuvarda, 1-i Zaqatalada, 1-i Gəncədə, 1-i Göyçayda, 1-i Şamaxıda, 1-i Xaçmazda) yaşayan himayədar ailələrə verilib.

Nazirliklə həmin uşaqları himayəyə götürən şəxslər arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilələr imzalanıb.

Himayədar ailələrə himayəyə götürdükləri 6 yaşadək uşağa görə 355 manat (əlilliyi müəyyən edilmiş uşaq olduqda 395 manat), 7-13 yaşarası uşağa görə 375 manat (əlilliyi müəyyən edilmiş uşaq olduqda 415 manat), 14-18 yaşarası uşağa görə 395 manat (əlilliyi müəyyən edilmiş uşaq olduqda 435 manat) aylıq müavinət verilir.

Himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün həmin ailələr hər rübdə bir dəfə hər uşağa görə 200 manat birdəfəlik müavinətlə də təmin edilirlər.

DOĞRU.AZimage-17190460071350535238_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki