image-n1karobka_ads
image-123
image-17563074991566114231_1200x630backend

32 ildən sonra Ağdama ilk sərnişin qatarı yola düşür

image-ad_qayo_720x110px

Sonuncu dəfə 1993-cü ildə fəaliyyət göstərən Ağdama dəmir yolu xətti yenidən işə düşür.

Doğru.az xəbər verir ki, avqustun 30-dan etibarən Bakı-Ağdam-Bakı marşrutu üzrə sərnişin daşımalarına start veriləcək. Qatarlar müasir, sürətli və komfortlu olması ilə seçiləcək.

Sərnişinlərə “Standart”, “Standart+”, “Biznes” və “Birinci sinif” üzrə səyahət imkanları təqdim ediləcək. Əgər vaxtilə bu yol təxminən 9 saata qət edilirdisə, indi məsafə cəmi 4 saata geridə qalacaq.

Bu layihə uzun illərdən sonra Ağdama dəmir yolu ilə qayıdışın rəmzi hesab olunur.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki