image-2000x150px
image-123
image-ads_atlas
image-68583334-scaled-1-2backend

Putin xəbərdarlıq edəndə kimsə inanmırdı, amma bunu etdi – DÜNYA ŞOKDA

image-728x90px

Rusiya ordusu Nikolaevdə Ukraynanın ikinci ən böyük taxıl terminalını bombalayıb.

Bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell açıqlama verib.

O bildirib ki, Rusiyanın hücumu qida böhranı ilə bağlı vəziyyəti daha da gərginləşdirəcək. Onun sözlərinə görə, terminalın bomalanması dünyanın ərzaq çatışmazlığı ilə üz-üzə olduğu bir vaxtda dünyanın qida sektoruna vurulan zərbədir. Ukraynanın rəsmi mənbələrinin məlumatına görə, hava zərbələrindən sonra içərisi taxıl ilə dolu olan anbarlar sıradan çıxıb. Nikolaev Ukraynanın ən məhsuldar taxıl bölgələrindən biridir.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynaya ağır silahların verilməməsi barədə xəbərdarlıq etmişdi. O bildirmişdi ki, əks təqdirdə Rusiya ordusu bu günə qədər hədəfə almayan obyektləri bombalayacaq.//metbuat.az

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki